Lavrovdan etiraf

Moskva və Vaşinqton 2013-cü ildə Suriya ilə bağlı siyasi razılığa olduqca yaxın idi.

Simurq.info xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, ABŞ-ın Nüsrə Cəbhəsi ilə siyasi müxalifəti bir-birindən ayırmaq istəməməsi razılaşmanın baş tutmasına mane olub:

“Keçmiş dövlət katibi Con Kerri ilə hazırladığımız və Suriya hökumətinin təsdiqlədiyi anlaşmada Suriya Hərbi Hava Qüvvələrinin uçuş həyata keçirməməsi və Rusiya ilə ABŞ-ın aviaəməliyyatları öz aralarında koordinasiya etməsi nəzərdə tutulurdu. Başqa sözlə, Rusiya və ABŞ Suriyadakı fəaliyyətləri haqqında bir-birilərinə veto qoymaq haqqına sahib olacaqdı. Razılaşmanın tək şərti ABŞ-ın Nüsrə Cəbhəsi ilə müxalifəti bir-birindən ayırmasının vacibliyi idi. Lakin amerikalılar bunu heç etmədilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir