Ərəbistan kanalı türklərə qarşı

Türkiyə seriallarını daha öncə efirdən çıxaran Səudiyyə Ərəbistanının televiziya kanalı MBC daha bir skandal qərara imza atıb.

Simurq.info xəbər verir ki, MBC-də yayımlanan Məmlüklər dövlətinin son illərindən bəhs edən filmdə Osmanlı imperiyası “işğalçı” adlandırılıb. Belə ki, kanalda Məmlüklər dövləti və Osmanlı sultanı Sultan Yavuz Səlimdən bəhs edən “Odlar sultanı” adlı film yayımlanacaq. Osmanlı imperiyası üçün “İmperiyaya hökm edən qandan qanunlar” sözləri istifadə edilir.

Noyabrın 17-də nümayiş olunacaq seriyanın ilk bölümündə məmlüklərin Osmanlı dövləti tərəfindən məhv edilməsi təsvir edilib və ictimai mediada Osmanlının “işğalçı” olduğu vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir