Meyvezer – Həbibə: Gəl, uzadım səni yat

Boks üzrə 5 ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer UFC-nin yüngül çəkidə çempionu Həbib Nurməhəmmədova qarşı döyüşməyə hazırdı.

Simurq.info bildirir ki, Bu barədə amerikalı ESPN-ə bildirib.

“Mən döyüşə hazıram hətta onun təşkilatçılığı ilə də məşğul ola bilərəm. Döyüş boks qaydaları ilə keçiriləcək. Bu mənim idman növümdü və əgər Həbib birinci dillənibsə deməli o mənim dünyama gəlməlidir.

Mən onun müsahibəsini eşitmişəm. O deyir ki, mən Makqreqoru nokauta göndərə bilmədim, amma o irlandiyalını nokdaun etdi. Düzdü? Ok. Gəl, uzadım səni yat”, – əfsanəvi boks ustası bunu deyib.

Həm Floyd Meyvezer, həm də Həbib Nurməhəmmədov indiyə qədər uduzmayıb: amerikalının hesabı “58-0”, rusiyalınınkı isə “27-0”dır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir