Dünya milyarderləri Bakıya gəlir?

Son zamanlar dünyada kosmik resursların bölüşdürülməsinə diqqət kəskin artıb. Elon Musk və Ceff Bezons kimi nəhənglər də bu sahəyə milyardlarla yatırımlar edirlər.

Simurq.info xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. O, 2022-ci ildə Azərbaycanın Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsinin ciddi hadisə olduğunu bildirib:

“Əvvəllər Beynəlxalq Astronavtika Federasiyasına kosmik ölkələr və elmi-tədqiqat yönümlü qurumlar qəbul edilirdisə, indi burada kosmik biznesin çəkisi artmaqdadır. Artıq adı çəkilən şəxslər də bu konqresin işində aktiv iştirak etməyə başlayıblar.

Azərbaycandan 3 qurum, Azərkosmos, Şamaxı Rəsədxanası və Milli Aerokosmik Agentliyi Federasiyanın üzvüdür. Beləliklə, 2 ildən sonra ölkəmizə 70-dək ölkədən dünyanın 5-6 min nəfərlik kosmos ailəsinin üzvləri gələcək.

“SpaceX” şirkətinin CEO-u Elon Musk və “Amazon” şirkətinin təsisçisi və CEO-su , “Blue Origin”in rəhbəri , dünyanın ən zəngin insanı Ceff Bezos da Bakda keçiriləcək Astronavtika Konqresinə qatılacağını gözləmək olar”.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Azərkosmos”un rəhbəri Rəşad Əliyevi qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir