Hindistanda 75 yaşlı qadın dünyaya uşaq gətirdi

Hindistanın Kota şəhərinin sakini Prabxa Devi süni mayalanma yolu ilə 75 yaşında ana olub.

Simurq.info xəbər verir ki, qız uşağı dünyaya 7 aylıq gəlib.

Həkimlər Deviyə keysəriyyə əməliyyatı ediblər. Anadan olan uşağın çəkisi cəmi 600 qramdır və buna görə onu reanimasiya şöbəsinə yerləşdiriblər.

Qeyd olunur ki, dünyanın ən yaşlı anası və qızı həkimlərin nəzarəti altındadır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir