“Instagram” istifadəçiləri xidmətin işindəki nasazlıqlardan şikayət edirlər

Bir sıra ölkələrdə “Instagram” sosial şəbəkəsinin istifadəçiləri xidmətin işindəki nasazlıqlardan şikayət edirlər.

Simurq.info bildirir ki, Bu barədə internet resurslarının fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

Qeyd edilir ki, problemlər barədə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Norveç, Danimarka və başqa ölkələrdən olan sosial şəbəkə istifadəçiləri bildiriblər. Problemlərdən həmçinin Rusiya sakinləri, əsasən Moskva və Sankt-Peterburqdan olan istifadəçilər də gileyləniblər.

“Downdetector”un məlumatına görə, istifadəçilərin əksəriyyəti (61%) xəbər lentindəki problemlərdən şikayət edirlər. Sosial şəbəkədən istifadə edənlərin daha 24%-i statusların yerləşdirilməsi problemləri ilə üzləşiblər. Daha 14% istifadəçi vebsaytla bağlı problemlərdən gileylənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir