Türklərdən biri oyundan qovuldu, digəri isə Almaniyaya qələbə gətirdi

AVRO-2020 seçmə mərhələsində Almaniya millisi səfərdə Estoniyanı darmadağın edib.

Simurq.info xəbər verir ki, Tallində keçirilən qarşılaşmada almanlar 3:0 hesabı ilə qalib gəliblər.

Qonaqların heyətində türk əsilli İlkay Gündoğan dubl edib, üçüncü topu isə Timo Verner vurub.

Oyunun 14-cü dəqiqəsində Almaniya millisinin digər türk əsilli futbolçusu Əmrə Can kobud oyuna görə oyundan qovulub.

6 turdan sonra Almaniya millisi 15 xal toplayaraq “C” qrupunda ikinci yeri tutur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir