Ağsuda müəllim dərs zamanı öldü

Ağsu rayonunda müəllim dərs zamanı ölüb.

Simurq.info xəbər verir ki, hadisə Ağsu şəhər 4 saylı tam orta məktəbində baş verib.

Belə ki, həmin məktəbin əmək təlimi müəllimi Şeydayeva Rəhilə Rza qızı dərs zamanı, sinif otağında birdən huşunu itirərək yerə yıxılıb. Hadisə yerinə Təcili Tibbi Yardım Stan siyasının həkimləri çağırılıb. Onun ürək tutmasından dünyasını dəyişdiyi məlum olub.

O, 87 saylı Ağsu-İsmayıllı Dairtə Seçki Komissiyasının üzvü olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir