Mehdiabadda “Nissan” 28 yaşlı gənci vurdu

Abşeronda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Simurq.info xəbər verir ki, Mehdiabad qəsəbəsində “Nissan” markalı nəqliyyat vasitəsi yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Ələkbərov İntiqam Üzeyir oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona ayağın sınması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir