Bakı avtobuslarında “təyyarə rejimi”

Bakı Nəqliyyat Agentliyinin nəzarətində olan “Bakı Bus” avtobusları ilə bağlı narazılıqlardan biri də intervalın artırılmasıdır. Sözügedən avtobus xətlərində intervalın çox olması tez-tez gündəmə gəlsə də, bu problem nəinki həllini tapıb, hətta interval müddəti daha da artıb.

Sakinlər bildirirlər ki, son vaxtlar “Bakı Bus” avtobusları 30, bəzən 40-45 dəqiqə gec gəlir, bu isə onların işə, universitetə, məktəbə gecikməsinə səbəb olur. Məsələn, bu gün səhər saatlarında 88 saylı marşrut avtobusunda interval 45 dəqiqə olub.

“Bakı Bus” avtobuslarının fəaliyyət göstərdikləri marşrut xətlərində alternativin olmadığını nəzərə alsaq, problemin xeyli ciddi olduğunu söyləyə bilərik.

Simurq.info bildirir ki, Məsələ ilə bağlı Axar.az-a danışan Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev ənənəvi olaraq, sözügedən avtobusların yollardakı sıxlıq səbəbindən dayanacaqlara vaxtında çatmadığını iddia edib.

Qeyd edək ki, tıxac probleminin aradan qaldırılmasına məsul qurum da Bakı Nəqliyyat Agentliyidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir