Türkiyə dostumuz deyil

ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli Prezident Donald Trampın hərbi qüvvələri Suriyadan çıxarması qərarını sərt tənqid edib.

Sosialxəbər.az xəbər verir ki, xanım diplomat bu qərarı “müttəfiqləri ölümə tərk etmək” kimi səciyyələndirib.

“Türkiyə dostumuz deyil. Biz dəstək vermələrini istəyiriksə, hər zaman onları (suriyalı kürdləri) dəstəkləməliyik. İŞİD-ə qarşı mübarizəmizdə kürdlər böyük əmək sərf ediblər. Onları ölümə tərk etmək böyük yanlışlıqdır”, – deyə Heyli bildirib.

Qeyd edək ki, Tramp qoşunların Suriyadan çıxarılacağını bəyan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir