Ekvadorda 3 neft mədəni zəbt edildi

Ekvadorda 3 neft mədəni məcburi olaraq işini dayandırıb.

Simurq.info xəbər verir ki, fövqaladə hadisə ölkənin Orelyana və Sukumbios vilayətlərində yerləşən neft yataqlarında baş verib.

“Petroamazonas EP” şirkəti naməlum şəxslərin mədənləri zəbt etdiyinə görə hasilatı dayandırmağa məcbur olub.

Şirkət hərbçiləri digər neft mədənlərinin mühafizəsinə səsləyir.

Ayın əvvəlindən Ekvadorda etiraz aksiyaları keçirilir. Nümayışçilər hökumətin iqtisadi siyasətinə qarşı çıxaraq müddətsiz tətil etməyə çağırırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir