“Barselona”nın kapitanı yeni mövsümdə ilk qoluna imza atıb

“Barselona”nın kapitanı Lionel Messi yeni mövsümdə ilk qoluna imza atıb.

Simurq.info xəbər verir ki, İspaniya çempionatı çərçivəsində Kataloniya təmsilçisi öz medanında “Sevilya”nı darmadağın edib – 4:0.

Oyunun 78-ci dəqiqəsində Messi cərimə zərbəsindən sevilyalıları məyus edib. Birinci hissədə isə Suares, Vidal və Dembele 8 dəqiqəyə 3 qol vurublar.

Beləliklə “Barselona” 16 xal toplayaraq turnir cədvəlinin ikinci pilləsinə qalxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir