Benksinin “meymunlar parlamenti” rekord qiymətə satıldı

Məşhur britaniyalı rəssam Benksinin ölkəsinin parlamentini əks etdirən satiralı rəsmi 12 milyon dollara satıldı.

Simurq.info xəbər verir ki, cəmi 13 dəqiqə davam edən xərracda şəklə dəyərindən 5 dəfə artıq qiymət verilib.

Strit-art nümayəndəsinin sənət əsərində Britaniya parlamentinin iclası əks etdrilib. Lakin burada insan deputatlar əvəzinə meymunlar təsvir olunub.

Qrafiti sənətkarı Benksi yaradıcılığında “Brexit” kompaniyasını şübhə altına qoyur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir