Kolıma qızıl hasilatında rekord vurdu

Maqadan vilayətinin mədən işçiləri 2019-cu ilin 8 ayı ərzində 30 ton qızıl hasil ediblər.

Simurq.info xəbər verir ki, bu keçən ilki göstəricilərdən 5,7 ton çoxdur.

Əldə olunan qızılın 12,4 tonu açıq karyerlərdə yuyulub.

Rusiyanın Uzaq Şimal-Şərqində axan Kolıma çayı ətrafındakı qızıl mədənləri ilə tanınır. İlin axırına kimi burada 40 ton qızıl hasil etmək öhdəliyi götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir