Gülərüz kirpi İnternetin ulduzuna çevrildi

“Herbi” ləqəbli kirpinin gülər üzü onu “Instaqram”da məşhur etdi.

Simurq.info xəbər verir ki, kirpinin şəkillərini sosial şəbəkəyə onun sahibi almaniyalı Talita Girnus yerləşdirib.

“Instaqram” səhifəsi əvvəl başqa bir kirpi “Mister Poki”yə məxsus olub, vəfatından sonra isə ailənin yeni üzvü “Herbi”yə keçib.

Sahibi onunla dünyanın müxtəlif guşələrinə sayahət edib və şəkillər çəkib. Şəkillərin əksəriyyətində kirpi gülümsəyir.

“Herbi”nin “Instaqram” səhifəsinə artıq 1,5 milyon insan abunə olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir