İsmayıllı rayonunda “Vergi siyasətinin yeni istiqamətlərinin biznes mühitinin inkişafı aspektindən qiymətləndirilməsi” mövzusunda tədbirlər təşkil edəcək

İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 23 sentyabr 2019-cu ildə İsmayıllı rayonunda “Vergi siyasətinin yeni istiqamətlərinin biznes mühitinin inkişafı aspektindən qiymətləndirilməsi” mövzusunda tədbirlər təşkil edəcək.
“Vergi və fiskal siyasətlər üzrə yeniliklərin təbliği yolu ilə regionlarda biznes mühitinin inkişafı və iqtisadi aktivliyin dəstəklənməsi” layihəsi çərçivəsində həyata keçirləcək tədbirlərin məqsədi biznes mühitinin inkişafı imkanlarının mövcud şərtlər daxilindən qiymətləndirilməsi və tərəflərin prosesdə iştirakının daha da artırılmasıdır.
Tədbirlərdə bütün maraq qruplarının, o cümlədən aidiyyatı dövlət qurumlarının, yerli özünüidərəetmə orqanlarının, media, biznes və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı planlaşdırılıb.
Qeyd edək ki, layihə “Vergi Məcəlləsi” və “Sosial sığrota haqqında qanun”a dəyişiklər daxil olmaqla, son illər Azərbaycanda təşviq institutlarının və mexanizmlərinin yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi kimi islahatların biznes subyektləri üçün yaratdığı imkanlardan bəhs edir. Uzünmüddətli dövr üçün hədəflərə Azərbaycanda iqtisadi aktivliyin daha da artırılması, inkluzivliyin dərinləşməsi və layiqli məşğulluğun təmin edilməsi daxildir. Aparılan islahatlar haqqında informasiya əlçatanlığının gücləndirilməsi, iqtisadi təşəbbüslərinin təşviq edilməsi, biznes subyektlərinin öz fəaliyyətlərinin qanunvericiliyin yeni tələblərinə uyğunlaşdırılması yolu ilə potensial sanksiyalardan qorunması, iqtisadiyyata investisiya qoyuluşlarının təbliği, əmək münasibətlərinin leqallaşdırılması və gizli iqtisadiyyatın əhatə dairəsinin azaldılması da layihənin əsas məqsədləri sırasındadır.
Layihə 2019-cu ilin may-oktyabr aylarını əhatə edir və layihə çərçivəsində maarifləndirici materialların hazırlanması, yeni vergi və fiskal siyasətin nəticələrinin qiymətləndirilməsi, maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirənin keçirilməsi, media kampaniyanın təşkili kimi fəaliyyətlərin icrası nəzərdə tutulub.

İqtisadi və Sosial İnkişaf Mərkəzi
İctimai Birliyinin sədri: Vüqar Bayramov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir