Azərbaycanlılar Mariy Eldə muxtariyyət qurdu

Rusiya Federasiyasının Mariy El Respublikasında azərbaycanlılar regional milli-mədəni muxtariyyət qurublar.

Simurq.info bildirir ki, Bununla bağlı Oxu.Az Rusiya mətbuatına istinadən məlumat yayıb.

Yoşkar-Ola şəhərində keçirilən təsis konfransına Moskvadan Rusiya Azərbaycanlıları Federal Milli Mədəni Muxtariyyətinin Prezidenti Mehriban Sadıqovanın başçılıq etdiyi nümayəndə heyəti qatılıb.

Regional milli-mədəni muxtariyyət Mariy El ilə Azərbaycan arasındakı iş və dostluq münasibətlərini gücləndirmək, eyni zamanda, iki ölkə universitetləri arasında tələbə mübadiləsini asanlaşdırmaq məqsədilə işlər görəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir