ERMƏNİLƏR OĞULLARIMIZDAN “İSMAYIL QURBANI” KƏSDİLƏR

Azərbaycanlı iş adamı Mübariz Mənsimov, hər kəsin qəlbində özünə yer edib. Gördüyü işlər daim xalqımız tərəfindən yüksək qarşılanıb. Elə ona görə də adı dillər əzbəridir.
Xeyriyyəçi iş adamı haqqında söz demək həm qürurverici, həm də şərəfdir. Onun haqqında çox şeylər yazmaq olar. Amma mən onun haqqında, ürəyində tüğyan edən dərdli QARABAĞI yazmaq, düşmən tapdağında nalə çəkib inləyən dərdli Xocalıma olan diqqətindən söz salmaq istəyirəm.
Allah hər şeyi görən və eşidəndir. Diqqətindən heç nə yayınmaz. Bir bəndəyə böyük ruzi qapısı açırsa, onun həm səxavətini, həm iradəsini imtahan edib, yolunu açar. Mübariz Mənsimov da, Allah imtahanından üzüağ çıxmış sevilən bəndədir.
Mövzudan uzaqlaşmaq istəmirəm. Çünki Xocalı boyda bir soyqrım hələ də öz həllini tapmayıb. Zori Balayanın 13 yaşlı qızın diri-diri dərisini soyması, uşaqları divara mismarlaması ürək parçalayır.
Bəli, nə qədər üzücü də olsa, bunlar Xocalıda yaşanan gerçək həqiqətlərdir. Bu həqiqətlərin dünyada tanınması üçün filmlərin çəkilməsi ən böyük cəsarət, küllü miqdarda vəsait tələb edir.
Eşidəndə ki, Amerikalı “İcon Produktions” film şirkətinin kinorejisoru Mel Gibson Xocalı haqqında film çəkəcək, çox sevindim.
Sevindim ki, belə bir addımı atan, qeyrətli oğlumuz, adı kimi mübariz, Mübariz Mənsimov oldu.
Mən “Xocalıda kəsilən başlar” kitabının müəllifiyəm. Xocalıların dərdini bir kitaba sığdıra bilmədim. Bu dərdlər o qədər böyükdür ki, yüzlərlə kitablara sığmaz. Xocalıda kimlər şəhid olmadı?
Ahska türklərimi deyim, şuşalımı deyim, yoxsa elə xocalımı deyim… yaşlı Ahskalı türk qadını Fərqanədən Azərbaycana pənah gətirmişdi. Ölümdən qaçarkən Xocalıda diri-diri yandırıldı. Və yaxud da, elə şuşalı Rahilənin həyatına nəzər salaq. Şuşadan qaçarkən belinə sarıdığl körpəsinin ağlamasına narahat olan ana, qəfildən uşağın susmasına sevinmişdi. Çanlarını qurtarıb uzaqlaşanda, qundağı belindən açarkən ciyərparəsini erməni gülləsindən ölən görmüşdü. Yazıq ana, balasını dəfn edib Xocalıda məskunlaşmışdı. Xocalı ona cəhənnəm olmuşdu. Əri şəhid, özü, qızı, baldızı əsir düşmüşdü.
Bu əsirlikdə Rahilə nələr görmədi… avtomatın qundağı ilə dəfələrlə döyüldü, öldü sayıb meyidlərin içinə atıldı. Özünə gələndə meyidlərin üstündə gördü özünü. Yerdən axan insan qanı, qırmızı bulaq kimi süzülüb, qapının kandarından çölə axırmış.
Nələr görmədi bu qadın… təkrar döyülmək, beyin traması almaq. Nişanlı baldızı təcavüzə məruz qaldı. Əsirlikdən qayıtdılar, amma necə?… nişanlı baldız intihar etdi, namusuma lək sürdülər, yaşaya bilmərəm, yazdı… Rahilənin qızı da çox yaşamadı. Qorxudan, gördüyü hadisələrdən o da, dünyadan köçdü.
Bunlar bizim ağır, heç bir yerdə görünməyən dərd selimizdir. Dərdimizi dünyaya bəyan etmək üçün Mübariz Mənsimov kimi oğula minnətdaram. Qarşısında baş əyirəm.
Xocalı bizim qanayan yaramızdır, heç qaysaq bağlamadı. Xocalılarla görüşdən hələ də özümə yer tapa bilmirəm. Ümman dərdli xocalılar, məğrur insanlardı. Blokada şəraitində yaşadılar. Bakıda kürsü davası gedərkən, Xocalıda ölüm-qalım savaşı gedirdi. O müthiş gecə qayalarla yüksəkliklərə qalxdılar. Çarpışaraq, cırmaqlaşaraq. Yenə qurtara bilmədilər. Ermənilərin tələsinə düşdülər.
Nələr görmədilər… kəsilən başlar. Heç insandan da qurban kəsərlər?.. Amma ermənilər məzarlıqlarda oğlanlarımızın başını “İsmayıl qurbanı” kimi kəsdilər. Hər gün bir neçə erməni qadın əsirlərin içinə girib, hündür boyluları, yaraşığlı olanları seçirmiş. Sonra onların boynuna kəndir bağlayıb, qoyun kimi sürüyərək məzarlığa gətirirmişlər. Məzarlıqda qəhqəhə çəkərək başlarını kəsirdilər.
Sonra kəsilən başları nizəyə, çəsədlərini doğrayıb itlərə atdılar. İnsanlığa sığmayan dəhşətlər. Xocalıda yaşanan dəhşətləri dünyaya yaymaq, hər bir azərbaycanlının borcudur.
Elimin mübariz oğlu Mübariz Mənsimov, çox xahiş edirəm, çəkiləcək olan filmdə bunları da nümayiş etdirin. Mən, üstü açılmayan dəhşətləri yazdım. Lazım gəlsə, o kitabdan da istifadə edin.
Xocalıya düzgün qiymət üçün filmlər çox vacibdir. Qürur mənbəyimiz, mübariz oğul, Mübariz Mənsimov, Allah sizi qorusun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir