QHT növbəti hesabatını verdi

Simurq.info bildirir ki, “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi avqust ayı dövründə ümumilikdə 61 nəfər hüquqi və psixoloji yardım üçün Mərkəzə müraciət etmişdirlər. Xidmətlərdən yararlanmaq üçün müraciət edən 61 nəfərdən 48 nəfərə yalnız hüquqi xidmət, 13 nəfərə yalnız psixoloji xidmət göstərilmişdir. Müraciət edən şəxslərdən 8 nəfərin qohumları olan 9 uşağa da xidmətlər göstərilmişdir. Hüquqi və psixoloji xidmət üçün olunan müraciətlərin məzmunu (problemlər):
1. Maliyyə məsələləri – 8 müraciət.
2. Əmlak – Mülkiyyət hüququ – 8 müraciət.
3. Boşanma (Nigahın ləğvi) – 4 müraciət
4. Himayəçilik məsələləri – 7 müraciət.
5. Əmək hüququ – 4 müraciət.
6. Pensiya hüququ – 4 müraciət.
7. Alimet məsələləri – 8 müraciət.
8. Məişət zorakılığı – 4 müraciət.
9. Digər sosial problemlər – 9 müraciət.
10. Seksual zorakılığ üzrə – 1 müraciət.
11. İnsan alverinin ehtimal edilən qurbanı – 1 müraciət
12. Digər psixoloji problemlər – 3 müraciət.
Xidmətlərdən yararlanmaq üçün müraciət edənlərin cinsi üzrə sayı:
– 33 nəfər qadın;
– 28 nəfər kişi.
Hüquqi xidmət üçün müraciət edənlərin hər birinə keyfiyyətli şifahi hüquqi məsləhətlər verilmişdir. Müraciət edənlərdən 12 nəfərin işi üzrə ərizə, şikayət və müraciətlərin hazırlanmasında və göndərilməsində köməklik göstərilmişdir. Hüquqi xidmət göstərilən şəxslərdən 12 nəfərin işi məhkəmə instansiyalarında olduğu üçün nəzarətə götürülmüşdür. Bu müraciətlər üzrə məhkəmə proseslərinin gedişatı izlənilmiş, vəsatətlər və ərizələrin hazırlanmasında da köməklik göstərilmişdir.
Müraciət edən şəxslərə davamlı və keyfiyyətli psixoloji xidmətin göstərilməsi təmin edilmişdir. Psixoloji xidmətin davamlığının və keyfiyyətinin təmin edilməsi üçün müraciət edənlərin yaxın qohumlarına da xidmətlərin göstərilməsi həyata keçirilmişdir.
Ötən aylar dövründə olduğu kimi bu ayda Mərkəzə müxtəlif regionlardan müraciətlər daxil olmuşdur. Mərkəzə digər regionlardan daxil olan müraciətlərin statistikası aşağıdakı kimidir;
– Bakı şəhəri – 8 müraciət;
– Xızı rayonu – 2 müraciət;
– Xaçmaz şəhəri – 2 müraciət;
– Quba rayonu – 3 müraciət;
– Abşeron rayonu – 7 müraciət;
– Şabran rayonu – 2 müraciət;
– Qusar rayonu – 2 müraciət.
– Şamaxı rayonu – 1 müraciət.
– Masallı rayonu – 1 müraciət
Mərkəzə müraciət edən 61 nəfərdən 33 nəfəri Sumqayıt şəhər sakini, digər 28 nəfəri ilə yuxarıda qeyd edilən regionların sakinləri olmuşdurlar. Mərkəzə digər regionlardan müraciətlərin sayının artırılması üçün sosial şəbəkələrdə mütəmadi elanların verilməsi təmin edilmişdir.
Hesabat dövrü ərizndə Mərkəzdə göstərilən xidmətlərdən yararlanmaq üçün təkrar müraciətlər də olmuşdur. Təkrarən xidmətlər üçün müraciət edən 37 benefesiardan 20 nəfəri qadın, 17 nəfəri isə kişi cinsi olmuşdur. Təkrar xidmətlər üçün müraciət edənlərin 22 nəfərinə hüquqi, 15 nəfərinə isə psixoloji xidmət göstərilmişdir.
Müraciət edənlərdən 4 nəfər məişət zorakılığının 1 nəfər isə seksual sorakılığın qurbanı və 1 nəfər insan alverinin ehtimal edilən qurbanı aşkar edilmişdir. Bu şəxslərin hər birinə keyfiyyətli və davamlı xidmətlər göstərilmişdir. Məişət zorakılığının qurbanı olmuş şəxslərə psixoloji xidmətin göstərilməsi zamanı hüquqi xidmətdən istfadə barədə də tövsiyyələr verilmişdir. Keçən aylar ərzində Mərkəzə müraciət etmiş məişət zorakılığı, seksual zorakılığın qurbanaları ilə iş davam etdirilmişdir.
Hesabat dövrü ərizndə 3 nəfər digər psixoloji problemlərə görə Mərkəzə müraciət etmişdirlər. Bu şəxslərdə özünə inamın aşağı olması və özünə qəsdə meyillik müşahidə edildiyi üçün onlar da risk qrupuna daxil edilmiş və onlar ilə davamlı işin aparılması qərara alınmışdır.
Mərkəzə müraciət etmiş insan alverinin potensial qurbanı ilə davamlı işin qurulması təmin edilmişdir.
– Avqust dövrü ərizndə ümumilikdə 12 nəfərin işi üzrə müxtəlif dövlət orqanlarına müraciətlər edilmişdir. Bu müraciətlərə veriləcək cavablara əsasən xidmtlərin davam etdirilməsi planlaşdırılmışdır.
– Avqust dövrü ərizndə 3 nəfərin pozulmuş əmək hüquqlarının bərpası üçün ərazi üzrə Əmək Müffətlişliyinə müraciət edilmişdir.
– Avqust dövrü ərizndə alimentə dair məhkəmə qərarlarının icrasının təmin edilməsi üçün müvafiq orqanlara müraciətlər edilmişdir.
– Avqust dövrü ərizində sosial problemlərinin həlli məqsədi ilə 3 nəfər AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi idarəsinə yönəldilmişdir.
– Avqust dövrü ərizndə 2 nəfər qadın yeni bilik və bacarıqlara yiyələnməsi üçün digər QHT-lərə yönəldilmişdirlər.

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi tərəfindən avqust ayı ərzində göstərilən hüquqi və ya psixososial xidmətlərdən faydalanan benefisiar və ya müştərilərin uğur hekəyaləri.
– Xidmətlərdən yararlanması üçün 6 benefesiar digər QHT-lər tərəfindən Mərkəzə yönəldilmişdir.
– 7 nəfər benefesiar Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Mərkəzdəki xidmətlərə yönəldilmişdirlər.
– 4 benefesiar Azərbaycan Respublikası Ali, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Mərkəzdəki xidmətlərə yönəldilmişdirlər. Mərkəzdəki xidmətlərə yönəldilən hər bir benefesiara keyfiyyətli və davamlı xidmətlərin göstərilməsi təmin edilmişdir.
– 6 nəfər benefesiarın sosial problemlərinin həllində köməklik göstərilmişdir.
– 5 azyaşlı uşağı rəsmi sənədlərinin bərpa edilməsinə və yeni sənədlərin alınmasına köməklik göstərilmişdir.
– Boşanmaq ərəfəsində olan 2 ailənin yenidən birləşməsinə nail olunmuşdur.
– icra edilməyən 4 məhkəmə qətnaməsinin tam və ya qismən icra edilməsinə nail olunmuşdur. Bu qərarlar alimentin ödənilməsinə dair idi.
– 3 benefesiarın işi üzrə alimentin təyin edilməsinə dair məhkəmə qərarının qəbuluna nail olunmuşdur.
– 5 benefesiarın işi üzrə alimentin miqdarının artırılmasına dair məhkəmə qərarının qəbula nail olunmuşdur.
– 3 azyaşlı uşağın uşaq baxçasında yerləşdirilməsinə nail olunmuşdur.
– 2 valideyinin öz uşaqları ilə ünsiyyətdə olmasına dair məhkəmə qərarlarının icra edilməsinə nail olunmuşdur.
– 3 qadının daimi işlə təmin edilməsinə nail olunmuşdur.
– QHT və xeyriyyəçi insanlar tərəfindən Mərkəzə müraciət edən maddi vəziyyəti aşağı olan ailələrə humanitar və qida yardımlarının edilməsinə şərait yaradılmışdır. Bu vasitə ilə 14 ailəyə yardımlar göstərilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir