“22 ildir çəkdiyim əziyyətlər…”

Rəqqasə Fatimə Fətəliyeva Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin solisti olub.
Simurq.info xəbər verir ki, sənətçi vəsiqəsini ötən gün alıb.

Şəklini İnstaqram səhifəsində paylaşan Fatimə “Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin estrada solisti olaraq, rəsmi vəsiqəmi aldım. Kollektivə təşəkkür edirəm. Bacım Nara, çox sağ ol, hər uğurumda yanımdasan. İnşallah, tezliklə cənab Prezidentin imzaladığı “Əməkdar artist” vəsiqəmi almaq qismət olar. Azərbaycan incəsənətində 22 ildir çəkdiyim əziyyətlərimin mükafatını aldıqca, daha da qürurlanıram” deyə, bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir