Yeni “iPad” barmaq izlərini tanıyacaq

“Apple” şirkəti 7-ci nəsil “iPad” planşetlərini təqdim edib.

Simurq.info xəbər verir ki, “iPad” 10,2 düym ölçüsündə “Retiran” ekranı ilə təchiz edilib.

Şirkət nümayəndəsinin dediyinə görə, “A10 Fusion” prosesorunun köməyi ilə yeni “iPad” əvvəlki modellərdən 2 dəfə cəld işləyəcək.

Yeni “iPad” həmçinin barmaq izini də tanıyacaq.

Yeni “iPad”ları sentyabrın 30-dan açıq satışda əldə etmək olar. Planşetlərin ilkin qiyməti 329 dollar (560 manat) olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir