Bakıda ər arvadını döyərək xəstəxanalıq etdi

Səbail rayonunda ailədaxili münaqişə zəmnində qadın döyülmə hadisəsi baş verib.

Simurq.info xəbər verir ki, 20-ci sahə ərazisində kişi ailə münaqişəsi zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Əzizova İnara Əliqismət qızını döyərək xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir