Gənlər arasında vətənpərvərliyin təbliği növbəti tədbirə dəvət edir

Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət təşkilatlarına dövlət dəstəyi şurasının dəstəyilə sentyabrın 13-də saat 14:00-da Sabunçu rayonu yeni Ramana Qəsəbəsi 1 saylı sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində “Gənclər arasında vətənpərvərliyin təbliği” adlı layihənin dördüncü tədbiri keçiriləcək.

Simurq.info xəbər verir ki,tədbiri keçirməkdə əsas məqsəd gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə yönəlib.

Torpaqlarımızın 20%-nin işğal altında olduğu bir vaxtda eləcə də müasir dövrdə müxtəlif ideologiyaların gənclərin dünyagörüşünün, şəxsiyyətinin formalaşmasına təsiri fonunda milli düşüncəni saxlamaq, gənclərin vətənpərvər ruhda böyüməsinə yardım etmək cəmiyyətin hər bir üzvünün vəzifəsidir.

Bu istiqamətdə dövlət tərəfindən çoxsaylı tədbirlər həyata keçirilsə də, orta və ali məktəblərdə vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində işlər aparılsa da vətəndaş cəmiyyətinin öhdəsinə daha böyük işlər düşür. Bu sahədə valideynlərin də öhdəsinə şox böyük işlər düşür.

Hər bir valideyn cəmiyyət üçün Vətən üçün layiqli vətəndaş yetişdirməlidir. Bu baxımdan qeyd olunan layihədə əsas məqsəd gənclər arasında hərbi-vətənpərvərliklə bağlı təbliğat işlərini aparmaq, gənclərdə ordumuza olan inamın artırılmasına böyük dəstək olmaqdır. Tədbirin sonunda əlilliyi olan gənclər şəhidlər xiyabanını ziyarət edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir