Britaniyada təyyarənin sərnişini işə çıxmayan pilotu əvəzlədi

Böyük Britaniyada “ЕasyJet” şirkətinə məxsus təyyarədə sərnişin sükan arxasında pilotu avəzləyib.

Simurq.info xəbər verir ki, Mançester-Alikante reysinin pilotu işə çıxmayıb.

Bu haqda xəbər tutan sərnişin Maykl Bredli təyyarəni idarə edə biləcəyini söyləyib və pilot vəsiqəsini nümayiş etdirib.

Az sonra şırkətin nümayəndəsi onunla əlaqə saxlayıb və sükan arxasına oturmağa icazə verib.

Sərnişin ailəsi ilə birlikdə məzuniyyətə yollanırmış.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir