Çində pişiyin klonunu yaratdılar

Çinin “Sinogene” şirkəti ilk dəfə olaraq satış üçün pişiyi klonlaşdırıb.

Simurq.info xəbər verir ki, bunu şirkətin vitse-prezidenti Van İnina bəyan edib.

Məlum olub ki, klonlaşdırılan heyvanın sahibi, öz ev heyvanın xəstəlik səbəbindən ölümü ilə barışmayıb və buna görə şirkətə müraciət edib.

Qeyd olunub ki, klonun DNT-si ölən ev heyvanının DNT-si ilə eynidir. Lakin heyvanların bəzi xüsusiyyətləri fərqlənə bilər.

Bundan başqa ev heyvanını klonlaşdırmaq 250 min yuana (60 min manat) başa gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir