Emin, Nüşa, Valeriya, Filipp Kirkorov və digərləri “Jara” filminin təqdimatında

Ötən gecə Moskvada “Jara” komediyasının premyerası keçirilib.

Simurq.info xəbər verir ki, Tədbirə Nüşa, Valeriya, Filipp Kirkorov, Yuliya Baranovskaya, Anna Çipovskaya, Emin Ağalarov və digər ulduzlar qatılıblar.

Filmdə hadisələr Bakıda keçirilən “Jara” Beynəlxalq musiqi festivalı ətrafında cərəyan edir.

Filmin baş qəhrəmanı gənc və istedadlı qızdır: o Azərbaycana festivalda iştirak etmək üçün yollanır. Bakıda müğənnini bir çox sərgüzəştlər gözləyir və sonda onun arzuları gərçəkləşir.

Komediyada Diana Pojarskaya, Qriqori Leps, Ani Lorak, Valeriya, Nikolay Baskov, Timati və digər ulduzlar çəkilib. Filmin baş prodüsseri Emin Ağalarovdu.

Film yaxın zamanda kinoteatrlarda nümayiş etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir