Bələdiyyə Seçkiləri ilə bağlı marifləndirmə tədbiri keçirildi

Bizim şəhər”Sumqayıt Sosial-İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bələdiyyə seçkiləri ilə bağlı qadın seçicilərin maarifləndirilməsi və qadın namizədlərin dəstəklənməsi” layihəsi çərçivəsində 2-ci maarifləndirmə-məlumatlandırma tədbirini Sumqayıt şəhər 11-ci mikrorayon məhəllə komitəsində keçirdi.

Simurq.info xəbər verir ki, təşkilatın sədri Mətanət Zeynalova layihənin məqsədinin 27.12.2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində qadın seçicilərin maarifləndirilməsi,fəal qadınların öz namizədliklərini irəli sürməyə həvəsləndirmək olduğunu qeyd etdi.Hüquqşünas Ruslan Mustafazadənin Bələdiyyə seçkiləri ilə bağlı hazırladığı materiallar tədbir iştirakçılarına paylandı.

Tədbirdə təlimçi Ramil Süleymanov qadınların idarəetmə sahəsində bilik,bacarıq və vərdişlərini artırmaq,onları ictimai-siyasi təcriddən qorumaq üçün ən yaxçı məktəb bələdiyyələr ola biləcəyini qeyd etdi.İştirakçılar arasında ən fəal 6 qadın seçici, namizədliklərini irəli sürən qadınlar üçün seminara seçildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir