Avtobus dərəyə aşdı

Lənkəran rayonunda yol qəzası baş verib.

Simurq.info-nun məlumatına görə, hadisə Bəleton kəndində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

İlkin məlumata görə, 10-dan çox sərnişin xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzaya avtobusun əyləc sistemində yaranan nasazlığın səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Lənkəranın Bəleton kəndində sərnişin avtobusunun yoldan çıxaraq dərəyə aşması nəticəsində 24 nəfər xəsarət alıb və sürücü isə hadisə yerindəcə ölüb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, xəsarət alanlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onlardan 23-ü travmatologiya şöbəsinə, bir nəfər qadın isə ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib.

***

Lənkəran rayonunda baş verən ağır yol qəzası zamanı ölən və xəsarət alanların kimliyi məlum olub.

Məlumata görə, Bəleton kəndində qeydə alınan qəza zamanı sürücü – Ələmdar Şahvəli oğlu Ağayev (1957-ci il təvəllüdlü) hadisə yerində ölüb.

Qəza zamanı həmçinin Yusubova Sevda Şirəli qızı (1981), Yusubova Aycan Məhərrəm qızı (2006), İbrahimov Rahim Şamməd oğlu (2008), İbrahimova Şölə Filağa qızı (1972), Cəfərli Milana Qılman qızı (1997), Seyfullayeva Pərvanə Vahab qızı (1977), Zamanova Şəfəq Cəsail qızı (1990), Qasımova Aytəkin İsaq qızı (1964), Sadıqova Rəisə Canəli qızı (1957), Muradova Kifayət Xeyrulla qızı (1983), Muradova Südabə Muxtar qızı (1972), Ağayeva Məryəm Məzahir qızı (1974), Rəhimova Adilə Məmmədağa qızı (1966), Quliyev Mirələm Baloğlan oğlu (1957), Əliyeva Göyçək Mehrəli qızı (1984), Novruzov Yusif Zamin oğlu (2013), Ağayev Hafiz Allahverdi oğlu (1982), Hüseynova Səbinə Rizvan qızı (2001), Ağayeva Rəfiqə Miri qızı (1949), Ağayeva Sevinc Vəliağa qızı (1978), Ağayeva Sevgiyyə Əzim qızı (2001), Ağayeva Ülviyə Əzim qızı (2004), xəsarət alıblar.

***

Lənkəran rayonunda baş verən ağır yol qəzası zamanı xəsarət alanlardan 10-u müalicələrini rayon xəstəxanasında davam etdirəcək.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasından Axar.az-a verilən məlumata görə, digər yaralılar ambulator müalicəyə buraxılıblar.

Yaralılardan 2-i Reanimasiya şöbəsindədir. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir. Xəstəxananın baş həkiminin sözlərinə görə, açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır.

Reanimasiya şöbəsində müalicə alan digər qadına isə qapalı kəllə-beyin travması və qabırga sınığı diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Xəstəxananın Travmatologiya şöbəsində müalicə alan 8 qadının isə vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onların həyatları üçün təhlükə yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir