Yol polisi Bakıda reyd keçirdi

Bakı şəhəri Baş Polis İdarəsi (BŞBPİ) bir sıra profilaktik-maarifləndirmə tədbirləri həyata keçirib.

Simurq.info xəbər verir ki, BŞBPİ tabeli polis orqanları ilə birgə günün birinci və ikinci yarısında ictimai qaydaların qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib.

İnzibati-hüquq pozuntularına qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə istiqamətində tədbirlər gecə saatlarında da davam etdirilib.

Tədbirlər zamanı nəqliyyat vasitələrini konstruksiya dəyişikliyi olunaraq idarə edən, sərnişindaşıma qaydalarını pozan, sərxoş vəziyyətdə sükan arxasına keçən, yol-hərəkəti qaydalarını pozan sürücülər və eləcə də vətəndaşlar saxlanılaraq onlarla profilaktik söhbətlər aparılıb.

Nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə edən sürücülər isə saxlanılaraq Alkoqol Sərxoşluğunun Müayinə Məntəqəsinə aparılıb. Müayinədən keçdikdən sonra sərxoş olduqları öz təsdiqini tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir