Kosmonavtlar açıq kosmosa çıxdılar

NASA kosmonavtları Nik Heyq və Andrü Morqan açıq kosmosa çıxıblar.

Simurq.info bildirir ki, kosmonavtlar Beynəlxalq Kosmik Stansiyanın adapteri üzərində işləmək üçün bu addımı atıblar. NASA hadisəni öz internet səhifəsində birbaşa yayımlayıb.

Nik və Andryu skafandrları avtonom qidalanma rejiminə keçiriblər. Stansiyanı ilk olaraq Heyq tərk edib, bu, onun açıq kosmosa üçüncü çıxışıdır. Bir neçə dəqiqə sonra isə Morqan da stansiyanı tərk edib və bu onun açıq kosmosa ilk çıxışıdır.

Kosmonavtlar stansiyadan kənarda 6,5 saat keçirəcəklər. Onlar adapterin quraşdırılması işini yekunlaşdırmalıdırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir