Kaliforniyanın hava limanında təyyarə yandı

Kaliforniyanın Oroville şəhərində “Cessna Citation” markalı kiçik təyyarə hava limanının uçuş-enmə zolağında yanıb.

Simurq.info bildirir ki, bildirir ki, bu barədə yerli yol polisi xəbər yayıb.

Federal Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarə uçuş-enmə zolağında olarkən naməlum səbəbdən hərəkəti dayandırılıb və qısa müddət sonra alovlanmağa başlayıb.

Təyyarədə olan 10 sərnişin və ekipaj üzvləri dərhal evakuasiya ediliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir