Pentaqon hipersəs silahı əldə edəcəyi vaxtı açıqladı

Amerika Birləşmiş Ştatlarının arsenalında yaxın iki il ərzində hipersəs silahı olacaq.

Simurq.info-nun verdiyi məlumata əsasən, bu barədə ABŞ müdafiə naziri Mark Esper “Fox News” telekanalına müsahibəsi zamanı bildirib.

Pentaqonun başçısına “ABŞ hipersəs silahını əldə etməyə nə qədər yaxındır?” sualı verilmişdi. “Hesab edirəm ki, bu, yəqin ki, yaxın iki ilin söhbətidir”, – deyə o cavab verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir