Hacıqabulda yol qəzası baş verib

Hacıqabulda 1 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Simurq.info xəbər verir ki, hadisə səhər saatlarında rayonun Nəvahi kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mersedes” markalı avtomobil qarşıda gedən “KaMAZ” markalı avtomobilin arxa hissəsinə çırpılıb. Hadisə zamanı “Mersedes”də olan sərnişinlərdən 1-i ölüb, daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Hacıqabul rayonunun Nəvahi kəndində baş verən yol qəzasında xəsarət alan şəxsin kimliyi məlum olub.

Hərəkətdə olan “Mersedes” markalı avtomobilin qarşıda gedən “KaMAZ” markalı avtomobilin arxa hissəsinə çırpılmas nəticəsində Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü İsmayılov Vüsal Raqif oğlu müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir