ABŞ Çinə müqavimət göstərə bilməyəcək

ABŞ Sakit okeanın qərb sahillərində üstünlüyünü itirib və müharibə olacağı təqdirdə Çinə müqavimət göstərə bilməyəcək.

Simurq.info xəbər verir ki, Avstraliyanın Sidney Universitetnin Amerika Araşdırmalar Mərkəzi belə qənaətə gəlib.

“Amerikanın Hind-Sakit okean bölgəsində müdafiə strategiyası görünməmiş böhran keçirir. Bu böhran Vaşinqtonun strateji hədəfləri ilə əlindəki imkanlar arasındakı uyğunsuzluqdan qaynaqlanır. Pentaqon ordudakı hərbçi sayını artırmaq və yeni texnologiyalar satın almaq imkanlarına sahib deyil”, – deyə araşdırmada bildirilib.

Eyni zamanda qeyd edilir ki, Birləşmiş Ştatlar son 20 ildə Yaxın Şərqdə fasiləsiz olaraq əməliyyatlara qatılır, digər supergüclərlə mümkün münaqişə isə bütün vəsaitin o yöndə “axmasına” səbəb olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir