Sumqayıtda aztəminatlı ailələr və əlilliyi olan uşaqlarla görüş təşkil olundu

Qurban bayramı ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsində Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri ictimai birliyi, “Çıraq” Uşaq İnkişaf Mərkəzi ictimai birlıyinin üzvləri ilə görüş keçirilib .

Simurq.info xəbər verir ki, tədbiri giriş sözü ilə şobənin rəhbəri Ceyhun Süleymanov açıb.O,”Qurban”bayramı münasibəti ilə iştirakçıları təbrik edib və görüləcək işlər baərəd geniş məlumat verib. Şöbənin müdir müavini Zaur Rəsulov və sosial xidmət sektorunun müdiri Leyla Cəfərova şöbəyə dəvət olunan vətəndaşları təbrik ediblər.

Tədbirdə Əlillər cəmiyyətin sədri Tərlan Hacızadə ,”Çıraq” ictimai birliyinin sədri Zeynəb Hacıyeva göstərilən bu qayğıya görə Heydər Əliyev fondununa və DSMFnun rəhbərliyinə minnətdarlıqlarını bildiriblər .

Sonda şöbənin müdir müavini Zaur Rəsulov uşaqlara bayram sovqatı payladı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir