Sabunçu rayonunda 37 yaşlı kişini avtomobil vurub

Sabunçu rayonunda 37 yaşlı kişini avtomobil vurub.

Simurq.info xəbər verir ki, Maştağa qəsəbəsində minik avtomobili sərxoş vəziyyətdə yolu keçmək istəyən piyada, 1982-ci il təvəllüdlü Qəmbərov Amur Fəxrəddin oğlunu vurub.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Ona üzün əzilmiş-sıyrılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir