Suriyanın bu əraziləri Türkiyənin nəzarətinə keçir

Türkiyə Silahlı Qüvvələri ilkin mərhələdə Suriyanın şimal ərazilərində 10 hərbi baza yaradacaq.

Simurq.info xəbər verir ki, bu barədə “Yeniakit.com.tr” məlumat yayıb.

Belə ki, Suriyada təhlükəsiz zonanın yaradılması ilə bağlı ABŞ-Türkiyə arasında əldə edilən razılaşmada sözügedən məsələ qeyd olunur.

Qeyd edək ki, 5-7 avqust tarixlərində ABŞ-la Türkiyə arasında keçirilən görüşlərdə Suriyada yaradılması planlaşdırılan təhlükəsiz bölgənin koordinasiyası və idarə edilməsi üçün Türkiyədə Ortaq Hərəkət Mərkəzinin qurulmasına qərar verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir