Gürcüstanda üç belaruslu qadın turist yoxa çıxdı

Gürcüstanın Svaneti bölgəsində Belarus vətəndaşı olan üç qadın turist itkin düşüb.

Simurq.info xəbər verir ki, hadisə Tetnuldi dağının ərazisində baş verib.

Qadınlar əsas qrupdan avqustun 14-ü axşam ayrılıblar. Hazırda onlar harada olduqları bilinmir.

Axtarış-xilasetmə əməliyyatlarına Sərhəd Polisinin helikopterinin cəlb olunacağı planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir