Stüardessa Nyu-York-Tel-Əviv reysindən sonra qızılcadan öldü

İsrailin EI AI aviaşirkətinin stüardessası qızılca xəstəliyindən ölüb.

Simurq.info xəbər verir ki, 43 yaşlı çoxuşaqlı ana Rotem Amitay Nyu-Yorkdan Tel-Əvivə martın 26-da uçub.

Uçuşdan bir neçə gün sonra stüardessanın birdən-birə qızdırması qalxıb və o, koma vəziyyətinə düşüb.

Həkimlər qadına ölümə gətirib çıxaran ensefalit və beyin ödəmi diaqnozu qoyublar.

İsrailin Səhiyyə Nazirliyi stüardessanın xəstəliyə harada yoluxduğunu hələ ki müəyyənləşdirməyib, lakin qadının uşaq vaxtı qızılca əleyhinə peyvənd olunduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir