Mane Superkubokun ən yaxşı futbolçusu seçildi

UEFA Superkubokunun ən yaxşı oyunçusu məlum olub.

Simurq.info xəbər verir ki, bu adı “Liverpul” klubunun hücumçusu Sadio Mane qazanıb.

O, İstanbulda keçirilən UEFA Superkuboku uğrunda “Liverpul”-“Çelsi” qarşılaşmasında 2 qola imza atıb.

Mane həmçinin Superkubokda qol vuran ilk seneqallı futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, “Liverpul” əsas vaxtı 2:2 başa çatan görüşdə penalti seriyasında qələbə qazanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir