İD terrorçuları ABŞ ordusunun “ən yaxşı” xüsusi təyinatlısını öldürdü

İraqda ABŞ-ın Dəniz Piyadaları Korpusunnun hərbi qulluqçusu öldürülüb.

Simurq.info xəbər verir ki, komendor-çavuş Skott Koppenhafer terrorçuların açdığı atəş nəticəsində həlak olub.

Qeyd edilir ki, 35 yaşlı Kolorado əsilli hərbçi “Sarsılmaz qətiyyət” əməliyyatı çərçivəsində hərbi tapşırığı icra edərkən öldürülüb.

Xüsusi təyinatlıların elit dəstəsinə kemirilməsindən öncə Koppenhafer pulemyotçu və snayper kimi xidmət edib. Cəsurluq və hərbi nailiyyətlərinə görə o, iki dəfə “Bürünc ulduz” medalı ilə təltif olunub.

Koppenhafer 2018-ci ildə “dəniz piyadalarının ən yaxşı xüsusi təyinatlısı” seçilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir