Türkiyənin cənubunda dörd PKK terrorçusu öldürülüb

Türkiyənin Hakkari vilayətində, Yüksəkova ərazisində 4 PKK terrorçusu məhv edilib.

Simurq.info xəbər verir ki, əməliyyat ölkənin cənub-şərqində kəndli ərazilərdə baş tutub. Burada terrorçulara qarşı əməliyyatlarda jandarm qüvvələrindən istifadə olunur.

Qeyd olunur ki, PKK terrorçuları 2015-ci ildən hücumlarını bərpa ediblər. Türkiyədə bu vaxtdan indiyə kimi 500 dinc sakin və 800 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşları həlak olub. Hərbi əməliyyatlar zamanı 10 min PKK terrorçusu zərərsizləşdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir