“Boeing 787” təyyarəsinin uçuş zamanı mühərriki partlayıb

İtaliyada “Norwegian Air” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsinin uçuş zamanı mühərriki partlayıb.

Simurq.info “Life”ın istinadən yaydığı məlumata görə, Los-Ancelesə uçan təyyarə Romanın Fyumiçino hava limanından göyə qalxıb. Lakin mühərriklərinin birində problem üzə çıxdıqdan sonra təyyarə hava limanına qayıtmalı olub.

Bu zaman mühərrikdə partlayış baş verib və onun qırıqları şəhər üzərinə və insanlarla dolu olan çimərliklərə tökülüb. Hadisə nəticəsində evlərin və maşınların damlarına ziyan dəyib. Xoşbəxtlikdən daha ciddi fəsadlar yaranmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir