ABŞ bu razılaşma ilə Türkiyənin başını qatır

ABŞ Türkiyənin başını qatmaq üçün razılaşma planını dövriyyəyə saldı. Fəratın şərqi Menbiçə çevrilməməlidir.

Simurq.info xəbər verir ki, bu açıqlama ilə türkiyəli siyasi ekspert Həsən Ünal çıxış edib.

Ünal ABŞ-la birgə Ortaq Hərəkat Mərkəzinin yaradılması barədə razılaşmanın Türkiyə və Suriyanın təhlükəsizliyi baxımından real həll variantından uzaq olduğunu vurğulayıb:

“Türkiyə və ABŞ-ın yaradacağı sülh koridoru məsələsində bir çox problem açıq olaraq qalır. Bu problemlər iki əsas qrupa bölünür: texniki və hərbi. Məsələn, bu dəhliz neçə kilometr olacaq? Dəhlizin əhatə etdiyi əraziyə kim nəzarət edəcək? Türkiyə və Amerika qüvvələri Menbiçdəki kimi bəzi bölgələrdə də parçalanarsa və bu müvəffəqiyyət sayılarsa, deməli, ciddi şəkildə başımızı qatırlar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir