Bələdiyyə seçkiləri ilə bağlı qadın seçicilərin maarifləndirilməsi və qadın namizədlərin dəstəklənməsi layihəsinin icrasına başlanıldı

“Bizim şəhər”Sumqayıt Sosial-İnkişaf Mərkəzi İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bələdiyyə seçkiləri ilə bağlı qadın seçicilərin maarifləndirilməsi və qadın namizədlərin dəstəklənməsi” layihəsini 01.08.2019-cu ildən həyata keçirməyə başlayb..

Bu barədə Simurq.info-ya layihə rəhbəri Mətanət Zeynalova məlumat verib. Onun sözlərinə görə, layihənin məqsədi 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərində qadın seçicilərin maarifləndirilməsi,fəal qadınların öz namizədliklərini irəli sürməyə həvəsləndirməkdir.İlk maarifləndirmə-məlumatlandırma tədbir 14.08.2019-cu ildə Sumqayıt şəhər 41-ci məhəllə 1 saylı məhəllə komitəsində keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir