Yatmazdan əvvəl qəhvə içmək yuxuya təsir edirmi?

Yeni bir tədqiqat yuxudan əvvəl qəhvə və çay içməyin yuxuya təsir etmədiyini üzə çıxarıb.

Simurq.info türk KİV-inə istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatının Atlantik universiteti və Harvard universiteti tibb fakultələrinin tədqiqatçıları belə qənaətə gəliblər.

Onlar 785 könüllünü 5 min 164 gün gecə və gündüz izləyərək qəbul etdikləri kofein, spirt və nikotini qeyd ediblər. Sonra isə məlumatlar təcrübədə iştirak edənlərin yuxu məlumatları ilə müqayisə edilib.

Məlum olub ki, nikotin və spirtli içki yuxunu bölür, kofein isə yuxuya təsir etmir.

Yatmazdan əvvəl çəkilən siqaret yuxuya getməkdə çətinliyi olanlarda ümumi yuxu müddətini 42 dəqiqə azaldır. Gecə vaxtı siqaret çəkmək də yuxu müddətini 43 dəqiqə azaldır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir