Bu abituriyentlər ali məktəblərə qəbul olunmayacaqlar

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gün başa çatır.

Simurq.info xəbər verir ki, ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Məlumata görə indiyədək 57062 abituriyent (o cümlədən 10915 subbakalavr) ixtisas seçimi edərək ərizəsini təsdiq edib, 593 elektron ərizə isə yadda saxlanılsa da, hələlik təsdiq edilməyib.

Abituriyentlər (həmçinin subbakalavrlar) qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməli və ixtisas seçimi etməklə ərizələrini təsdiq etməlidirlər.

Elektron ərizəsini təsdiq etməyən abituriyentlər isə müsabiqədə iştirak edə bilməyəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir