56 avtovağzal gücləndilirmiş rejimə keçdi

Qurban bayramı ilə əlaqədar ölkədəki 56 avtovağzal və avtostansiya kompleksi avqustun 7-dən 14-nə qədər gücləndirilmiş iş rejimində çalışacaq.

Simurq.info bildirir ki, Bu barədə Axar.az-a məlumatı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova verib. O bildirib ki, bayramla əlaqədar bayramın ilk günləri paytaxtdan regionlarımıza səfər edənlərin üstünlük təşkil etməsi ilə əlaqədar sıxlıq daha çox Bakı Beynəlxalq Avtovağzal Kompleksində müşahidə ediləcək.

“Sərnişin axınının bu il ötən ilə nisbətən daha çox olacağını ehtimal edərək biletlərinizi öncədən regional avtovağzal və avtostansiyalardakı kassalardan əldə etməyinizi tövsiyə edirik. Region avtovağzallarımızdan növbəti ən böyük sıxlığın Gəncə, Mingəçevir və Şirvanda müşahidə ediləcəyi ehtimal olunur. DANX olaraq sərnişinlərdən xahiş edirik ki, hər hansı süni qiymət artımı ilə qarşılaşacağınız təqdirdə (012) 566-52-58 nömrəsinə zəng edərək məlumat verəsiniz”, -N.Allahyarova qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir