Çar oğlunun fotosu hərracda 600 minə satıldı

Rusiya çarı II Nikolayın oğlu Alekseyin fotosu hərracda satılıb.

Simurq.info rus KİV-inə istinadən xəbər verir ki, Aleksey taxtın vəliəhdi sayılırdı və 1917-ci ildə çar ailəsi ilə birlikdə güllələnib.

Moskvada keçirilən hərracda Alekseyin imzası ilə olan fotosu 600 min rubla (16 min manata yaxın) satılıb.

Fotonu alan şəxsin adı naməlumdur. Foto 1914-cü ildə lentə alınıb.

Aleksey II Nikolay və Aleksandra Fyodorovnanın oğludur. Onu 1917-ci ilin 17 iyul tarixində ailəsi ilə birlikdə güllələyiblər. Bu zaman onun 13 yaşı var idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir